Azarkeşlərə bilet pulları geri qaytarılacaq

19.09.2022 15:35 280
Dünya futbolu
“Latsio” rəhbərliyi qeyri-adi qərar verib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu azarkeşlərə Danimarkada keçirilən oyun üçün aldıqları biletlərin pullarını geri qaytarmağı lazım bilib.

Bu qərara komandanın Avropa Liqasında “Midtüllann”a 1:5 hesabı ilə uduzması səbəb olub. Biabırçı məğlubiyyət rəhbərliyi səfər oyununa yollanan 225 fanata münasibətdə adekvat addım atmağa vadar edib.

Qeyd edək ki, “Latsio” avrokuboklarda 4-cü dəfə qapısından 5 qol buraxıb.