Dünya və Avropa çempionu gözlənilən addımı atdı

12.10.2026 21:48 36
Dünya futbolu
Nəhayət, Pedro çoxdan gözlənilən qərarı verib. Təcrübəli futbolçu karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya yığmasının sabiq üzvü özünün sosial şəbəkə hesabında məlumat yayıb. Pedro 39 yaşında peşəkar futbolçu həyatıyla vidalaşıb.

O, karyerası ərzində “Barselona” (2004-15), “Çelsi” (2015-20), “Roma” (2020-21) və “Latsio”da (2021-26) çıxış edib. İspaniya milli komandasının heyətində meydana çıxdığı 65 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Pedro İspaniyanın 2010-cu il dünya çempionluğunu qazanan heyətinin əsas üzvü olub. 2012-ci ildə isə yığma ilə Avropa çempionu olub.