7-ci turda “Sumqayıt”“Qəbələ”ni qəbul edib. “SOCAR Polymer Arena”da keçirilən görüşdə qonaqlar darmadağın olub – 1:4. Yeton Bekiri debüt matçında uğursuzluqla üzləşib.
Belə böyükhesablı məğlubiyyət və Bekirinin uğursuz debütü haqda azarkeşlər nə fikirləşir? “Qəbələ”nin əsas fanklubu “Red-Black Army”nin rəhbəri Cavad Şəriflinin cavabı:
“Bu barədə heç bir fikrimiz, sözümüz yoxdu. Çox üzgünük. Yenə də içimizdə ümid var. Zamanla komandanın düzələcəyinə inanırıq”.
İSRAYIL XEYRULLAYEV






