Cəmi 7072 bilet qaldı!

12.10.2026 23:25 54
Avrokuboklar
Ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edən “Sabah”ın sentyabrın 21-də 4 ev oyunu üçün kombo biletləri satışa çıxardığını xəbər vermişdik. Oktyabrın 1-də isə “Slaviya” ilə görüş üçün fərdi biletlər satışa çıxarılıb.

69870 yerlik Bakı Olimpiya Stadionunda biletlər tükənmək üzrədi. “İticket” saytından əldə etdiyimiz məlumata görə, hazırda satışda 7072 bilet qalıb.

Bunlar əsasən 10, 15, 50, 75 və 300 manatlıq biletlərdi.

İSRAYIL XEYRULLAYEV