“Tottenhem”in premyer-liqada “Lester” üzərində qələbəsində (6:2) Son Hın Min böyük rol oynayıb.
"Football-plus.az" xəbər verir ki, o, meydana 59-cu dəqiqədə daxil olandan sonra 3 qol vurub. Koreyalı yarımmüdafiəçi premyer-liqada 3-cü dəfə het-trik edib və bu göstəriciyə görə Kriştiano Ronaldoya çatıb. Qeyd edək ki, İngiltərənin yüksək liqasında daha 11 oyunçu bir oyunda 3 dəfə qol sevinci yaşayıb. Het-triklərin sayına görə rekordçu isə Serxio Aquerodu (12).