“Tottenhem”in şənbə günü “Lester”i məğlub etməsi (3:1) Antonio Konte üçün ikiqat sevindirici olub.
İtalyan mütəxəssis İngiltərə premyer-liqasında 100-cü sınağında 65-ci qələbənin sevincini yaşayıb. O, indi ilk 100 oyunda qələbə sayına görə “Mançester Siti” və “Vest Hem”in sabiq çalışdırıcısı Manuel Pelleqrini ilə 3-4-cü yeri bölüşür. 52 yaşlı Konte 2016-18-ci illərdə “Çelsi”ni çalışdırıb. O, ilk 100 oyunda qələbə sayına görə Xosep Qvardiola ilə Joze Mourinyodan (hər ikisi 73 qələbə) geri qalır.