“Mançester Yunayted” şənbə günü “Lester”lə matçda (1:1) aparıcı hücumçusu Kriştiano Ronaldodan yararlana bilməyib.
Onun premyer-liqanın 31-ci turunun oyununu buraxması səbəbsiz deyil. Klubun rəsmi saytının yaydığı xəbərə görə, portuqaliyalı oyunçu özünü yaxşı hiss etmədiyi üçün adı matçın iştirak ərizəsinə daxil edilməyib. Cümə günü Kriştiano komanda ilə məşq etməyib və “Lester”lə matçda iştirakı mümkün olmayıb.
MY – “Lester” oyunu 1:1 hesabı ilə nəticələnib. İki xal itkisi mankunianların Çempionlar Liqasına vəsiqə verən sonuncu – 4-cü yeri tutmaq şansını bir qədər də azaldıb. Əlavə edək ki, “Yunayted” ölkə çempionatında Ronaldonun oynamadığı matçlarda növbəti dəfə qalib gələ bilməyib. 37 yaşlı futbolçu ötən yay komandaya qayıdandan sonra premyer-liqanın 6 oyununda əsas heyətdən kənarda qalıb. MY bu matçların heç birində qalib gələ bilməyib.
Ronaldoya nə olub?
Dünya futbolu
