Argentina və dünya futbolunun əfsanəsi Dieqo Maradonanın forması rekord məbləğə satılıb.
Bu barədə məlumatı İngiltərədə yerləşən ''Sotheby's'' hərrac evi yayıb.
Belə ki, dünən Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərəyə qarşı tarixi oyunda geydiyi forma hərraca çıxarılıb və 4 milyon funt sterlinqə, yəni təxminən 5 milyon avroya satılıb. Bu, tarixdə bir formaya görə ödənilən ən böyük məbləğdi.
Xatırladaq ki, həmin oyunda Argentina Maradonanın tarixə düşən 2 qolu ilə 2:1 hesablı qələbə qazanmışdı. Dieqo əvvəlcə əllə həmin o məhşur qolu vurmuşdusa, sonradan mərkəzdən topu qəbul edərək və 68 metrlik reyd zamanı rəqibin bir neçə oyunçusunu keçərək topu tora göndərmişdi. İlk qola ''Tanrının əli'' adı verilmişdisə, ikinci qol 2002-ci ildə FİFA-nın 150 ölkə arasında keçirdiyi sorğuda 340 min səs toplayaraq XX əsrin ən yaxşı qolu seçilmişdi.