• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ərsin Destanoğlunun oynamamasının səbəbi bəlli oldu

Dünya futbolu

16-09-2022, 19:0

Məlum olduğu kimi, ''Beşiktaş'' son turda öz meydanında ''İstanbul BŞ''yə minimal hesabla uduzmaqla həm mövsümdə ilk məğlubiyyətini aldı, həm də liderliyi təhvil verdi.

Baş məşqçi Valerien İsmaelin o matçdakı heyət seçimi ciddi müzakirələrə səbəb oldu. Fransalı mütəxəssis belə vacib oyunda müdafiənin mərkəzində yeni transfer Tayyip Talha Sanuçun əvəzinə Nəcip Uysala, qapıda isə Ərsin Destanoğlunun yerinə təcrübəsiz Əmrə Bilginə güvənmişdi. Buraxılan qol zamanı məhz Nəcip ötürmədə səhvə yol verdi. Əmrə Bilgin isə yaxın küncə yönələn topu dəf edə bilmədi. Çox güman, Nəcip gələn oyun ehtiyatda qalacaq və onun yerini Sanuç tutacaq. Qapıçı məsələsi isə hazırda camiədə bəlkə də bir nömrəli gündəm mövzusudu. Ərsin Destanoğlunun əsas qapıçı statusunda olması heç kimdə şübhə doğurmurdu. Amma İsmael birdən-birə qərarını dəyişərək son 2 turda Əmrə Bilginə şans verdi. Destanoğlunun əsas heyət üzünə həsrət qalmasının əsl səbəbi heç də onun performansı ilə bağlı deyilmiş. Məlum olub ki, 21 yaşlı qapıçı rəhbərliyin müqaviləni yeniləmək təklifini geri çevirdiyi üçün bir andaca gözdən düşüb! Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik bu istedadlı qapıçıya ''4+1'' illik müqavilə təklif edib. Sadəcə, Ərsin klubdan illik 25 milyon lirə (təxminən 1,37 milyon avro) maaş istəyib. Bu da rəhbərliyin xoşuna gəlməyib. Ona görə də rəhbərlik baş məşqçiyə bu qapıçını ehtiyatda saxlamaq təlimatı verib! İsmael ən son qapıçılarla bağlı suala cavab verərkən ''Əmrə Bilginin oynamasının xüsusi bir səbəbi yoxdu. Çox yaxşı iki gənc qapıçıya sahibik. İkisi də eyni səviyyədədi. Əmrə hazırlıq dönəmini çox yaxşı keçirdi. Rəqabəti artırmaq üçün ona da şans vermək qərarına gəldik'' açıqlamasını vermişdi. Amma aydın məsələdi ki, o, yalan danışır! Destanoğlu səviyyəcə Bilgindən üstündü. Sadəcə, onun müqavilə müddəti gələn yay bitir. Yəni yeni anlaşmaya imza atmayacağı təqdirdə Ərsin yanvardan etibarən istədiyi klubla danışıqlar aparmaq hüququna malik olacaq. Bu durumda onun oynamamasının yeganə səbəbi yeni müqavilə ilə bağlı anlaşmanın əldə olunmamasıdı. Yayda ''Beşiktaş'' bu qapıçıya görə ''Nitsa'' və ''Lion''dan təklif almışdı. Amma maliyyə şərtlərində anlaşmaq mümkün olmamışdı. Xatırladaq ki, 195 sm boya malik olan və Türkiyə yığmasına da müntəzəm dəvət edilən Ərsin ''Beşiktaş''ın öz yetirməsidi. O, indiyə qədər İstanbul nəhəngində 90 rəsmi qarşılaşmada meydana çıxıb. 30 oyunda qapısını toxunulmaz saxlayıb və ümumilikdə 107 qol buraxıb. Bu arada Türkiyə mətbuatının yazdığına görə, Əmrə Bilginin ümidləri doğrultmamasının ardından İsmael indi də diqqətini digər qapıçı Mərt Günoka yönəldib. Təcrübəli qapıçı ötən mövsüm ağır zədə alaraq uzun müddətə sıradan çıxsa da, artıq oynamağa hazırdı. Gələn tur onun ''11-lik''də peyda olması sürpriz olmayacaq. Ərsinin isə bundan sonrakı aqibətinin necə olacağı maraq doğurur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-07-2022, 16:0

Əvəzləndi, qapını təpiklədi və komandadan qovuldu

Dünya futbolu

16-07-2022, 11:0

''Beşiktaş'' bundesliqa klubunu məğlub etdi

Dünya futbolu

10-07-2022, 18:0

''Beşiktaş'' ilk oyunda əzmkar qələbə qazandı

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Bu gün, 22:56
    Milli komandanın kapitanı oldu
  • Bu gün, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 245
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 148
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə