"Neftçi"nin futbolçusu Gürcüstan millisində

15.09.2022 20:20 358
Premyer-liqa
“Neftçi” müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandaya çağırılıb.

30 yaşlı futbolçu UEFA Millətlər Liqasının sentyabrın 23-də evdə Şimali Makedoniya, 26-da isə səfərdə Cəbəllütariq ilə matçlarına dəvət olunub.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 45 oyun keçirib.