"Zirə"nin futbolçusu Davit Volkovun UEFA Millətlər Liqasının oyunları üçün Gürcüstan millisinə çağırılmayıb.
"Football-plus.az" "Lelo" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Villi Sanyol mətbuat konfransında bunun səbəbini yerli mediaya açıqlayıb.
45 yaşlı mütəxəssis Volkovun Özbəkistanla yoldaşlıq matçında böyük təəssürat yaratdığını söyləyib:
"Həmin görüşdə bir qol da vurdu. Amma Albaniya ilə qarşılaşmada özünəinam baxımından müəyyən problemlər var idi. Bununla belə, əminəm ki, o, gələcəkdə komandaya mütləq kömək edəcək".
Qeyd edək ki, Gürcüstan seçməsi iyunun 2-də Cəbəllütariqi qəbul edəcək. Komanda ayın 5-də və 12-də Bolqarıstanla üz-üzə gələcəksə, ayın 9-da Şimali Makedoniyanın qonağı olacaq.