“Neftçi” müdafiəçi transferini həyata keçirib.
"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, gürcüstanlı futbolçu Solomon Kvirkveliya ilə 2 il müddətinə müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi komandamının heyətində 4 nömrəli formanı geyinəcək.
Solomon Kvirkveliya Rusiyanın “Rubin” (2011-2017), “Nefteximik” (2012), “Lokomotiv” (Moskva, 2017-2021), “Rotor” (2020-2021), Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib. Kvirkveliya premyer-liqanın (2018), Rusiya kubokunun (2012, 2017, 2019) və superkubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. O, 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.
“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.