Bu gün Misli premyer-liqasında 2-ci tura yekun vurulub. “Qəbələ” “Şamaxı”nı, “Neftçi” “Kəpəz”i qəbul edib.
Hər iki görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Qırmızı-qaralar” 3:1, paytaxt təmsilçisi isə 5:2 hesabıyla qələbə qazanıb.
Misli premyer-liqası
1-ci dövrə, 2-ci tur
14 avqust
Qəbələ - Şamaxı 3:1
Qollar: Rövlan Muradov, 8, Murad Musayev, 10, Felipe Santos, 20 - Amil Yunanov, 56.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev (Hamısı Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
Qəbələ. Şəhər stadionu. Saat 18.20.
Neftçi - Kəpəz 5:2
Qollar: Solomon Kvirkveliya, 11, Qodsvey Donyo, 12, Kenni Sayef, 15, Eddi İsrafilov, 51, Yeqor Boqomolski, 89 - Abdullahi Şuaybu, 57, Nicat Süleymanov, 90+3
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: NİCAT İSMAYILLI, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov (hamısı Bakı).
Hakim-inspektor: Gülağa Cabarov (hamısı Bakı).
Bakı. “Bakcell Arena”. Saat 20.30.