"Cümə axşamı "Qarabağ"a qarşı nə edəcəyimizi görəcəyik" " Nant"ın baş məşqçisi

12.09.2022 10:00 457
Avropa Liqası
"Nant"ın baş məşqçisi Anton Kombuare Fransa çempionatında "Loryan"a uduzduqları matçı şərh edib.

"Footbal-plus.az" xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

"Çox məyus oldum. Hesabı açmaqla ən çətin olanı etdiyimizi düşünürdüm. Yanıldıq. Səhvləri düzəltməliyik. Hələ çempionatın başlanğıcıdı.

Gözlədiyimiz oyunu oynamadıq. Düzü, bu matçda rəqibdən güclü ola bilmədik".


Kombuare sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la, həftəsonu isə "Lans"la qarşılaşacaqları matçda qələbə qazanmaq istədiklərini bildirib:

"İstəyimizi gerçəkləşdirmək üçün iki müsbət nəticə əldə etməliyik. Cümə axşamı "Qarabağ"a, bazar günü isə yaxşı formada olan "Lans"a qarşı nə edəcəyimizi görəcəyik".