"Qarabağ"ın rəqibindən heç-heçə - VİDEO

1.09.2022 10:15 459
Dünya futbolu
Fransa Liqasında 5-ci turun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Nant" dünən "Strasburq"un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra "Nant" hazırda 6 xalla 9-cu sırada yer alıb.

Qeyd edək ki, "Qarabağ"ın Fransa klubu ilə ilk oyunu sentyabrın 15-i Bakıda, ikinci matçı isə oktyabrın 27-də Fransada olacaq.