"Vulverhempton" futbolçusu Joao Moutinyo ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, Premyer Liqa təmsilçisi 35 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətini 2023-cü ilin yayına qədər artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu 2018-ci ilin yayından "canavarlar"da çıxış edir.