"Tottenhem"in futbolçusu İtaliya klubunda

31.08.2022 16:14 350
Dünya futbolu
İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, A Seriyası təmsilçisi "Tottenhem"dən Harri Uinksi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli dayaq yarımmüdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Sampdoriya"da keçirəcək.

Harri Uinks "Tottenhem"in yetirməsidir. 26 yaşlı futbolçu 2016-cı ildən London təmsilçisinin əsas komandasında çıxış edir. O, son mövsümdə komandanın heyətində 30 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.