"Arsenal"ın futbolçusu "Fulhem"də

1.08.2022 19:56 364
Dünya futbolu
"Arsenal"ın qolkiperi Bernd Leno London klubunu tərk etməyə hazırlaşır.

"Football-plus.az" "Sky Sports"a istinadən xəbər verir ki, qolkiper "topçular"ı tərk etsə də, Londonu tərk etməyəcək.

Belə ki, o, şəhərin digər təmsilçisi "Fulhem"lə anlaşıb.

Həftəsonuna qədər keçidin baş tutacağı gözlənilir.