"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus az" xəbər verir ki, Madrid təmsilçisi Portuqaliyanın "Jil Visente" klubundan Samuel Linonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı cinah hücumçusu ilə 5 illik müqavilə imzalanıb.
Braziliyalı futbolçu "Jil Visente"də 99 oyunda 26 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.