"Qarabağ" üçün potensial 4 Avropa nəhəngi

25.08.2022 10:16 613
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı səbəti müəyyənləşib.

Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci səbətdə yer alacaq.

Buna reytinqdə “Qarabağ”dan üstün olan “Kopenhagen” (Danimarka) və “Dinamo”nun (Zaqreb, Xorvatiya) ÇL-in qrupuna düşməsi səbəb olub. Onların mübarizədən kənarlaşdırdığı “Trabzonspor” (Türkiyə) və “Budyo Qlimt”in (Norveç) Ağdam təmsilçindən reytqində geridə olması “Qarabağ”ın 2-ci səbətdəki yerini dəqiqləşdirib.

Hələlik 2-ci səbətdə “Qarabağ”la yanaşı “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) da yer alacağı məlumdu. Bu səbətin digər klubları AL-in bugünkü pley-off matçlarından sonra müəyyənləşəcək. 2-ci səbətdən heç bir klub “Qarabağ”a rəqib olmayacaq.

Ümumilikdə hazırda 16 komandanın səbəti dəqiqləşib. Onlardan 11-i “Qarabağ” üçün potensial rəqibdi.

1-ci səbət
“Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna)

1-ci və ya 2-ci səbət
“Feyenord” (Niderland)

2-ci səbət
PSV (Niderland), “Renn” (Fransa), “Monako” (Fransa), “Real Sosyedad” (İspaniya), “Qarabağ” (Azərbaycan)

2-ci və ya 3-cü səbət
“Betis” (İspaniya), “Midtüllan” (Danimarka), “Budyo Qlimt” (Norveç)

3-cü səbət
“Yunion Berlin” (Almaniya), “Frayburq” (Almaniya)

3 və ya 4-cü səbət
“Nant” (Fransa), “Şturm” (Avstriya)

4-cü səbət
“Yunion” (Belçika), “Trabzonspor” (Türkiyə)

Avropa Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.