“Zirə”nin qapıçısının “Qəbələ” üzərində qələbə şərhi - AÇIQLAMA

6.09.2022 17:33 485
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 5-ci turunun "Zirə" - "Qəbələ" matçı gərginliyi ilə diqqəti çəkdi.

Bu qarşılaşnmada Anar Nəzirov cari mövsümdə debüt etdi. "Qartallar"ın qolkiperi matçın ən yaxşılarından idi. "Football-plus.az" saytı olaraq oyunla bağlı təcrübəli qapıçının fikirlərini öyrəndik:

"Çox gərgin görüş oldu. Rəqib çox güclü idi və yaxşı oyun nümayiş etdirdi. Buna baxmayaraq, qalib gəldik. Qələbə qazandığımıza görə sevincliyik. Vacib 3 xal əldə etdik. Hesabda geri düşsək də, komanda sınmadı və geridönüş edə bildik. İnanıram ki, qarşıdakı oyunlarda da uğurlu nəticə əldə edib turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracağıq".


ABDULLA İSMAYILOĞLU