Yunis Hüseynov: "Qarabağ"ın "Lex" üzərində 5:1 hesablı zəfəri nə qədər qürurverici olsa da...” - AÇIQLAMA

19.07.2022 17:17 487
Aktual / Manşet
Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qarabağ" - "Sürix" matçı keçiriləcək.

"Football-plus.az"
saytı olaraq 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq görüşlə bağlı mütəxəssis fikri öyrəndik. Yunis Hüseynov qələbəyə inandığını söylədi:

"Bu gün çox gərgin, amma maraqlı oyunun şahidi olacağıq. "Qarabağ"ın "Lex" üzərində 5:1 hesablı zəfəri nə qədər qürurverici olsa da, bu nəticəni unudub bütün diqqəti "Sürix"lə oyuna cəmləmək lazımdı. Komandamızın yetərincə güclü rəqiblər üzərində qələbə təcrübəsi var. İnanıram ki, "Qarabağ" bu gün də qalib gələcək".


ABDULLA İSMAYILOĞLU