• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lider büdrədi, “Neftçi” xal fərqini azaltdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

6-09-2022, 13:0

Turun açılış oyununda “Kəpəz” müvəqqəti sığındığı Qəbələdə “Qarabağ”ı qəbul edirdi.

Qurban Qurbanovun komandasının qalib gələcəyi heç kimdə şübhə doğurmurdu. Sadəcə, hamını bir sual düşündürürdü: “köhlən atlar” heç də yaxşı günlərini yaşamayan “sarı-göylər”in qapısından neçə top keçirəcək? Çoxları nominal ev sahiblərinin darmadağın olacağını təxmin etsə də, əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanovun meydana çıxardığı “Kəpəz” minimal hesabla uduzdu. Düzdü, ağdamlıların fərqlənmək üçün çox imkanı oldu. Ancaq qonaqlar bunun yalnız birindən istifadə etdi ki, bu da onlara hesablarına daha 3 xal yazmaq imkanı verdi.

Şənbə günü keçirilən ilk qarşılaşmada “Şamaxı” “Turan Tovuz”la üz-üzə gəldi. Meydan sahibləri çox çalışsa da, sona qədər dözə bilmədi. Ayxan Abbasovun çalışdırdığı “boz qurdlar” əsas vaxtın sonuna 5 dəqiqə qalmış “şirlər”i meydanın mərkəzinə dəvət etdi. Runi Evanın vurduğu yeganə qol qonaqların mövsümdə ikinci qələbəsini rəsmiləşdirdi.

Elə həmin “Bakcell Arena”da “Neftçi” mövsümə uğursuz start verən, hələ qol hesabını aça bilməyən “Sumqayıt”la qarşılaşdı. “Kimyaçılar” üçün 5-ci tur da uğursuzluqla yadda qaldı. Meydan sahibləri, demək olar, çətinlik çəkmədən, “tək ayaqla” Aleksey Baqanın komandasını evə əliboş yola saldı. “Neftçi”nin 3 qoluna “kimyaçılar” qarşılıq verə bilmədi.

Turun son oyun günündə Masazırdakı “Bank Republika Arena”da “Sabah” “Səbail”lə üzə-üzə gəldi. Meydan sahibləri əvvəlki 4 turun hamısında qalib gəlməklə yüzfaizlik nəticə ilə yadda qalmışdı. Buna görə də onların cütün favoriti kimi göstərilməsi heç də təəccüblü deyildi. Və ümumilikdə matçboyu “tələbələr” favorit adını doğrultdu. Murad Musayevin yetirmələri 90 dəqiqə oyun üstünlüyünə sahib oldu, daha çox hücum etdi, rəqib qapısı önündə daha təhlükəli vəziyyətlər yartdı. Ancaq “ağ-göylər” (bu mövsüm evdə ancaq qara-çəhrayı rənglərdə çıxış edir) kəmiyyəti keyfiyyətə çevirə bilmədi. “Səbail” Masazırdan xalla dönməsinə görə ilk növbədə Emil Balayevə minnətdar olmalıdı. Qolkiper inanımaz seyvlərlə yüksək ustalıq nümayiş etdirdi. Mahmud Qurbanovun komandasının bütünlüklə müdafiəyə oturduğunu da demək olmaz. Ara-sıra “dənizçilər” də hücum edir, Yusif İmanovu narahat etməyə çalışırdı. Lakin qapıçı ilə müdafiəçilərin soyuqqanlı oyunu qonaqların ardıcıl ikinci qələbəsini qazanmasına imkan vermədi. “Səbail”lə görüşdə planlaşdırılmamış xal itkisinə məruz qalan “Sabah” hələ ki turnir cədvəlində vahid lider mövqeyini qoruyur.

Həftənin son matçına Mərdəkan qucaq açmışdı. Əvvəlcə “Zirə” – “Qəbələ” görüşünün Zirədə baş tutacağı bildirilsə də, PFL meydanın yararsız olması səbəbindən buna icazə vermədiyindən “qartallar” növbəti dəfə “Dalğa Arena”ya üz tutmalı oldu. Görüş olduqca maraqlı keçdi. Əsasən ona görə ki, “Zirə” yuxudan oyanmağa başlayıb. Daha doğrusu, əvvəlki turlarla müqayisədə Rəşad Sadıqovun komandası daha yaxşı oynadı. Əlbəttə, yenə oyunda çatışmazlıqlar nəzərə çarpır, lakin bu dəfə müsbət cəhətlər daha çox idi. “Qartallar”ın 3 xala sevinməsində əsas pay sahibi dubla imza atan Rəhim Sadıxov oldu. Qəsəbə təmsilçisinin yarımmüdafiəçisi iki baxımlı qol vurmaqla yadda qaldı. “Qəbələ”yə gəlincə, bu dəfə Elmar Baxşıyevin komandasının hücumlarında sanki kəskinlik çatışmırdı. Qonaqlar ilk hissədə yetərincə yaxşı görünsə də, fasilədən sonra sürəti bir qədər azaltdı. Əslində “qırmızı-qaralar”ın məğlubiyyətə layiq olmadığını demək mümkündü. Ancaq qələbə üçün də yetərincə əziyyət çəkmədilər. “Zirə” bu qələbə sayəsində xalını “Turan Tovuz”la bərabərləşdirdi. “Qəbələ” isə, məğlub olmasına baxmayaraq, 9 xalla 4-cü pillədədi.

Misli premyer-liqası

1-ci dövrə, 5-ci tur
1 sentyabr
Kəpəz – Qarabağ 0:1
3 sentyabr
Şamaxı – Turan Tovuz 0:1
Neftçi – Sumqayıt 3:0
4 sentyabr
Sabah – Səbail 0:0
Zirə - Qəbələ 2:1
1. Sabah 5 4 1 0 10-2 13
2. Qarabağ 4 4 0 0 10-1 12
3. Neftçi 5 4 0 1 12-5 12
4. Qəbələ 5 3 0 2 9-5 9
5. Turan Tovuz 4 2 1 1 2-2 7
6. Zirə 5 2 1 2 6-7 7
7. Səbail 5 1 2 2 6-6 5
8. Sumqayıt 5 0 2 3 0-8 2
9. Şamaxı 5 0 1 4 2-10 1
10. Kəpəz 5 0 0 5 4-15 0
Bombardirlər: Ramil Şeydayev (Qarabağ) – 4, Coy-Lens Mikels (Sabah) – 3.
Növbəti turun oyunları: 9 sentyabr – Turan Tovuz – Kəpəz; 10 sentyabr – Səbail – Zirə, Qəbələ - Neftçi; 11 sentyabr – Sumqayıt – Şamaxı, Qarabağ – Sabah.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

23-08-2022, 15:0

“Sumqayıt” qola, “Kəpəz” xala həsrətdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

9-08-2022, 13:0

Rahat "Qarabağ", ehtiyatlı "Neftçi", ümidləri doğrultmayan "Sumqayıt" - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

16-08-2022, 14:0

Dörd lider var, dörd də xalsız komanda - TURUN ŞƏRHİ

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə