• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dörd lider var, dörd də xalsız komanda - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

16-08-2022, 14:0

Misli premyer-liqasında 2-ci tur “Zirə” və “Sabah”ın dueli ilə start götürdü.

Ötən mövsüm bu komandalar arasında avrokuboka vəsiqə uğrunda mübarizə getdiyini nəzərə alsaq, Mərdəkandakı görüşün gərgin keçəcəyi gözlənilirdi. Ancaq hər şey fərqli oldu. Qısaca desək, “tələbələr” “qartallar”ı rahat məğlub etdi. Murad Musayevin yetirmələri daha yaxşı təsir bağışladı, daha yaxşı hücum etdi və ən əsası şanslardan maksimum yayralandı. “Sabah” ardıcıl ikinci qələbə ilə cari mövsümdə medallar uğrunda mübarizəyə tam hazır olduğunu göstərdi. Düzdü, “Qarabağ”la titul rəqabətindən danışmaq hələ tezdi. Ancaq görünən odu ki, “ağ-göylər” turdan-tura oyun planında artırır, iddiasını ortaya qoyur.

Eyni sözləri ötən mövsümün bürünc mükafatçısı barədə söyləmək olmur. Rəşad Sadıqovun komandasının hücum potensialı yetərincə yüksək olsa da, bunu heç bir şəkildə ortaya qoya bilmir. Təbii ki, iki turdan sonra hər iki komanda barədə uzaqgörən nəticə ortaya qoymaq ağılsızlıq olar. Hətta “Sabah”ın özü də bunun bariz nümunəsidi. Ötən mövsümə nəzər salsaq, ilk dövrədə komandanın cəmi 1 xal yığdığını görə bilərik. Burdan da belə qənaətə gəlmək olar ki, mövsümün əvvəlində ardıcıl qələbələr və ya yenilgilər o demək deyil ki, artıq hər şey həll olunub. Xüsusilə potensial daha çox şeyə arxalanmağa imkan verəndə. Heç şübhəsiz, qəsəbə təmsilçisi cari mövsümdə də həm medal, həm də avrokuboka vəsiqə uğrunda mübarizə aparacaq. Lakin startda çox xal itirmək və bunun da nəticəsi kimi rəqiblərdən geri qalmaq istəmirlərsə, “qartallar”ın toparlanmaq vaxtıdı.
Turun son günündə keçirilən matçların özəlliyi o idi ki, sonda qalib gələn komandaların hər ikisi görüşün taleyini, demək olar ki, ilk yarım saatda həll etdi. “Neftçi” – “Kəpəz” qarşılaşmasının 15-ci dəqiqəsində “Bakcell Arena”nın tablosu artıq 3:0 göstərirdi. O da maraqlıdı ki, “Neftçi” bu 3 qolu 5 dəqiqə aralığında vurdu. Görünən o idi ki, Regekampfın komandası “Rapid”ə məğlubiyyətin acısını gəncəlilərdən çıxmaq istəyir. “Kəpəz”sevərləri sevindirən yeganə amil kimi yeni transfer Şuaybunun fərqlənməsini vurğulamaq olar. Nigeriyalı yarımmüdafiəçinin meydana çıxması ilə qonaqların oyununda canlanma hiss olundu. Şuaybu “Neftçi”nin müdafiəsi üçün əsl başağrıya çevrilmişdi. Konfrans Liqasında uğursuzluğa düçar olan “Neftçi” “Kəpəz”lə görüşdə premyer-liqada yüksək yerlər uğrunda mübarizə aparmaq niyyətini ortaya qoydu. “Kəpəz” ilk hissəni çox pis keçirib qapısında 3 qol görsə də, fasiləıdən sonra maraqlı oyun nümayiş etdirdi. “Neftçi”nin hesabdan irəli gələn arxayınlığını nəzərə almasaq, Yaşar Vahabzadənin komandası hücum qurmağı bacardığını, əks-hücumda təhlükəli olduğunu nümayiş etdirdi.

Qəbələdə eyniadlı komanda “Şamaxını” qəbul edirdi. Və bu matçda da hər şey 1-ci hissənin ilk yarısında həll olundu. 20-ci dəqiqəyə kimi “Qəbələ” 3:0 önə keçdi və sürəti azaltmasaydı, yəqin daha çox qol vuracaqdı. Matçın qalan dəqiqələri orta, hətta aşağı tempə keçdi. “Qırmızı-qaralar” oyunun taleyinin həll olunduğunu nəzərə alıb sürəti aşağı salmışdısa, qonaqların potensialı sürətli, dinamik oyun sərgiləməyə imkan vermirdi. Hər halda, “Şamaxı” təsəlli qolu vura bildi. Bu qarşılaşma bir daha göstərdi ki, “şirlər” qışda heyəti gücləndirmək yönündə addım atmasa, mövsümün sonunda turnir cədvəlinin zirzəmisində yer alacaq.

Maraqla gözlənilən oyunlardan biri də “Səbail”lə “Turan Tovuz” arasında reallaşdı. Hər iki komanda ilk turda uduzduğundan bu dəfə hədəf 3 xal idi. Hədəfə qonaqlar çatdı.

Və turun son oyunu. Sabah Çempionlar Liqasının ilk pley-off oyununa çıxacaq “Qarabağ”ın Sumqayıtda “ağır artilleriya”ya istirahət verəcəyi gözlənilən idi. Qurban Qurbanovun meydana buraxdığı start “11-liy”i çox çalışsa da, meydan sahiblərinin müqavimətini qıra bilmirdi. Qələbənin əldən gedəcəyini görən baş məşqçi sona 20 dəqiqə qalmış ulduzlarını meydana buraxmağı lazım bildi. Və bu addım özünü doğrultdu. “Kimyaçılar” isə belə hücum xətti ilə çətin ki qarşıdakı oyunlarda nəyəsə nail olsun. Baqanın çalışdırdığı komandanın müdafiəsi pis görünməsə də, irəlidə “dişsiz” oyunla qol həsrəti hələ uzun sürəcək. Artıq iki turun geridə qalmasına baxmayaraq, sumqayıtlılar hələ də rəqib qapısına yol tapa bilməyib.

Misli premyer-liqası
1-ci dövrə, 2-ci tur
12 avqust
Zirə - Sabah 1:3
13 avqust
Sumqayıt – Qarabağ 0:2
Səbail – Turan Tovuz 0:1
14 avqust
Qəbələ - Şamaxı 3:1
Neftçi – Kəpəz 5:2
1. Sabah 2 2 0 0 6-1 6
2. Neftçi 2 2 0 0 6-2 6
3. Qarabağ 2 2 0 0 5-1 6
4. Qəbələ 2 2 0 0 5-1 6
5. Zirə 2 1 0 1 3-4 3
6. Turan Tovuz 2 1 0 1 1-2 3
7. Səbail 2 0 0 2 1-4 0
8. Şamaxı 2 0 0 2 1-4 0
9. Kəpəz 2 0 0 2 3-7 0
10. Sumqayıt 2 0 0 2 0-5 0
Bombardirlər: Mikels (Sabah), Şeydayev, Qurbanlı (hər ikisi "Qarabağ"), Taşkın (Zirə) – 2.
Növbəti turun oyunları: 19 avqust – Şamaxı – Səbail, Turan Tovuz – Qarabağ; 20 avqust – Sabah – Neftçi; 21 avqust – Zirə - Sumqayıt, Kəpəz – Qəbələ.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

14-05-2022, 10:0

Avrokubok mübarizəsi: son iki yerə üç namizəd! - TƏHLİL

Ölkə futbolu

27-04-2022, 17:0

Nail Kərimov “Qəbələ”nin növbəti tur 4-cü pilləyə dönəcəyinə ümid edir - AÇIQLAMA

Premyer-liqa / Manşet

14-04-2022, 16:0

“Sabah”ın futbolçularında özünəinam aşkar hiss olunur” - AÇIQLAMA

Premyer-liqa / Manşet / Günün xəbəri

16-05-2022, 19:0

“Sabah”a niyyət, “Qarabağ”a qismət - ÖZƏL

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə