• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rahat "Qarabağ", ehtiyatlı "Neftçi", ümidləri doğrultmayan "Sumqayıt" - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

9-08-2022, 13:0

Avqustun 5-də “Dalğa Arena”da Əliyar Ağayevin start fiti ilə 31-ci ölkə çempionatına start verdildi.

Mövsümün ilk oyununda tribunaların qəzalı olması səbəbindən Gəncədən qaçaq düşən “Kəpəz” Mərdəkanda “Zirə”ni qəbul edirdi. Matçdan öncə çoxları Rəşad Sadıqovun komandasının “sarı-göylər”ı asanlıqla yenəcəyini güman etsə də, Yaşar Vahabzadənin yetirmələri daha keyfiyyətli heyətə malik qəsəbə təmsilçinə qarşı layiqli mübarizə apardı. Gəncəlilər çox çalışsalar da, 2022/23 “futbol ili”nin ilk turunu xalla başa vura bilmədilər. “Qartallar” əsas vaxtın son 7 dəqiqəsini azlıqda keçirməyinə baxmayaraq, 4-cü uzatma dəqiqəsində qələbə qolunu vurmaqla hesabına 3 xal yazdırdı. 4 ildən sonra premyer-liqaya dönən “Kəpəz” ilk oyununu xalsız başa vursa da, heç də pis təsir bağışlamadı.

Rahat "Qarabağ", ehtiyatlı "Neftçi", ümidləri doğrultmayan "Sumqayıt"


Turun ikinci oyun günündə azarkeşlər bir qarşılaşmaya şahidlik etdi. Həftəiçi Çempionlar Liqasının oyununda “Ferntsvaroş”la heç-heçə edən “Qarabağ” Suraxanıda yay fasiləsində yeni baş məşqçisinə qovuşan “Səbail”lə qarşılaşdı. Qurban Qurbanovun komandasının meydana ikinci heyətlə çıxacağı bəlli idi. Ancaq bu gün üçün ölkənin “bir nömrəsi” olan kollektivdə birinci və ya ikinci heyət anlayışının olmadığını bu matç da göstərdi. Mahmud Qurbanovun çalışdırdığı “dənizçilər” 42 dəqiqə qapısının toxunulmazlığını təmin edə bildi. Düzdü, qapısında qol görənə qədər “Səbail” də bir neçə dəfə hesabı açmağa yaxın oldu. Ancaq qonaqlar real qol şanslarını sağa-sola xərclədisə, meydan sahiblərinin ilk ciddi həmləsi qolla nəticələndi. Ardınca isə növbəti qollar gəldi. Qonaqların gücü yalnız təsəlli qoluna çatdı. Çempionatın ilk oyununda hesabına 3 xal yazdıran “köhlən atlar” bununla da Macarıstana yüksək əhval-ruhiyyədə yollandı.



Vitse-çempion “Neftçi” də premyer-liqanın ilk turundan əvvəl Konfrans Liqasında “Rapid”lə çətin oyundan çıxmışdı. İlk görüşdə qeydə alınan nəticədən sonra “ağ-qaralar”ın baş məşqçisi Regekampfın hamının autsayder gözündə gördüyü “Şamaxı” ilə oyunda daha çox ehtiyat qüvvədən yararlanacağı gözlənilirdi ki, məhz belə də oldu. Düzdü, “ağ-qaralar” oyunu qələbə ilə başa vurdu, ancaq Vüqar Əsgərlinin baş məşqçi olduğu komandanın adlı-sanlı rəqibə layiqincə müqavimət göstərdiyini də vurğulamaq lazımdı. Bəlkə də Emin Mahmudovun 81-ci dəqiqədə vurduğu kuryoz qol olmasaydı, “şirlər” mövsümün ilk sensasiyasına imza atacaqdı.



Artıq neçə mövsümdü çempionatın əvvəlində “Sabah”ın ən azı mükafatçılar sırasında olacağı deyilir. Ötən mövsümdə də belə idi, ondan əvvəl də. Ancaq hər dəfə “tələbələr” ümidləri doğrultmur, müəyyən səbəblərdən avrokuboklardan kənarda qalırdı. Deyəsən, bu il xoşagəlməz ənənəyə son qoyulacaq. Murad Musayevin komandası hər matçda “Sumqayıt”la görüşdə olduğu kimi oynasa, bəlkə də çempionatın sonunda gümüş medalları boynundan asa biləcək. “Sumqayıt”la qarşılaşmada hər xətdə balanslaşdırılmış heyətə malik komanda gördük. İstər müdafiə, istər yarımmüdafiə, istərsə də hücum xətti çox yaxşı təsir bağışladı. Xüsusilə yarımmüdafiəni qeyd etmək lazımdı. Müdafiə ilə hücum arasında “körpü” rolunu oynayan mövqedə çıxış edən futbolçular üzərinə düşən missiyanı keyfiyyətlə yerinə yetirdilər ki, məhz buna görə “tələbələr” ilk oyunda böyükhesablı qələbəyə sevindilər. Eyni sözləri “Sumqayıt” haqda demək absurd olar. Aleksey Baqanın çalışdırdığı komanda belə oyunla, çətin ki, çempionatda nəyəsə ümid etsin. Yalandan transfer xatirinə transfer etmək, qaradərili futbolçuları heyətə cəlb edib “bizim də legionerimiz var” prinsipi ilə davranmaq, görəsən, klub rəhbərliyinə nə verəcək? Keyfiyyətisz əcnəbilərlə belə biabırçı oyun nümayiş etdirib, autsayder olmaq əvəzinə akademiyanın yetirmələri ilə sonuncu olmaq daha məqsədəuyğundu. Ən azı yerli futbolçuların inkişafına nail olarsan, ölkə futboluna yeni simalar bəxş edərsən.



Və nahəyət, hesabat turunun son qarşılaşması Tovuzda keçirildi. “Boz qurdlar” doğma azarkeşləri qarşısında “Qəbələ ilə üz-üzə gəldi. Mövsümlərarası fasilədə, demək olar, sıfırdan qurulan kollektiv çox çalışsa da, “qırmızı-qaralar”a müqavilmət göstərə bilmədi. 32-ci dəqiqədə azlıqda qalan meydan sahibləri fasiləyə qədər qapısının toxunulmazlığını qorusa da, 2-ci yarıda üstünlüyə yiyələnən qonaqlar Ayxan Abbasovun komandasını iki dəfə mərkəzə dəvət etməklə yeni mövsümə qələbə ilə start verdi.



Yeri gəlmişkən, ilk turda azarkeşlər ümumilikdə 13 qol gördü ki, bu da hər oyuna ortalama 2,6 edir. Etiraf edək ki, mövsümün əvvəli üçün heç də pis göstərici deyil. 5 qarşılaşmadan üçündə qonaqlar, ikisində isə ev sahbləri qələbəyə sevindi.

Misli premyer-liqası
1-ci dövrə, 1-ci tur

5 avqust
Kəpəz – Zirə 1:2

6 avqust
Qarabağ – Səbail 3:1

7 avqust
Şamaxı – Neftçi 0:1
Sabah – Sumqayıt 3:0

8 avqust
Turan Tovuz – Qəbələ 0:2

Növbəti turun oyunları: 12 avqust – Zirə - Sabah, 13 avqust – Sumqayıt – Qarabağ, Səbail – Turan Tovuz, 14 avqust – Qəbələ - Şamaxı, Neftçi – Kəpəz.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

2-08-2022, 18:0

“Zirə”ni Mərdəkanda qəbul edəcək “Kəpəz” növbəti ev oyunlarını harda keçirəcək? - RƏSMİ AÇIQLAMA

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Macarıstanda...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Macarıstanda...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 281
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 103
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə