• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” qola, “Kəpəz” xala həsrətdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

23-08-2022, 15:0

“Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salındığı turda bütün diqqətlər əvvəlki iki matçda maksimum nəticə göstərən “Sabah”la “Neftçi”nin oyununa yönəlmişdi.

İlk hissəsi maraqlı alınan görüşdə üstünlüyün hansı komandada olduğunu söyləmək çətin idi. Hər iki komanda sürətli hücumlar qurur, meydanın mərkəzində ləngiməyərək, topu qısa vaxtda rəqibin cərimə meydançasına çatdırmağı düşünürdü. İlk hissənin ortalarında meydan sahibləri hesabda önə çıxa bilərdi. Ancaq Sebalyos penaltidən yararlana bilmədi. “Ağ-qaralar”ın qapıçısı Brkiç ayaqları ilə zərbəni zərələşdirdi. Fasilə ərəfəsində isə qonaqlar hesabı açmağa müvəffəq oldu. Fasiləyə qolla yollanan “Neftçi”nin ikinci 45 dəqiqədə daha inamlı təsir bağışlayacağını düşünmək olardı. Ancaq Murad Musayevin komandası psixoloji sarsıntıdan tez özünə gəldi. İkinci hissədə təzyiqi bir qədər də artıran meydan sahibləri qonaq müdafiəçilərin yersiz kobudluğu sayəsində iki dəfə penalti vurmaq hüququ qazandılar ki, Sebalyosdan fərqli, Aleksey İsayev və yeni transfer Apeh şansı boşa vermədi. Bu qələbə sayəsində “ağ-göylər” (bu dəfə meydana qara-çəhrayı formada çıxmışdılar) 3 oyundan maksumum xal toplamaqla turnir cədvəlində “Qəbələ” ilə şərikli lider oldu.

Elmar Baxşıyevin “Qəbələ”si isə məlum səbəbdən Qəbələdə “Kəpəz”in qonağı idi. Yaşar Vahabzadənin komandası premyer-liqadakı üçüncü oyununda da meydanı məğlub tərk etdi. Demək olmaz ki, gəncəlilər Qəbələdə “qapazaltı” təsiri bağışladı. Sadəcə, “Qəbələ” yaxaladığı şanslardan maksimum yararlandığı halda, “Kəpəz” yüzfaizlik qol imkanlarını boşa verdi. Vahabzadənin komandası barədə qısaca bunu demək olar: bəsit qollara üzülüb, qol vurmada çətinlik çəkən kollektiv. Çempionatın autsayderinin müdafiə və qapı xətti çox zəif təsir bağışlayır. Arxa xətti inamsız olan komanda isə irəlidə nə qədər “dişli” olsa da, sonda məğlubiyyətlə barışmalıdı. “Kəpəz”in 3 matçda qapısında 10 qol görməsi də dediklərimizə bariz sübutdu.

Tura ötən həftənin cümə günü Şamaxıda start verildi. Bölgənin eyniadlı komandası “Səbail”lə üz-üzə gəldi. Heyətində çox sayda legionerin olduğu qonaqların yalnız yerli futbolçulardan qurulan “Şamaxı” ilə qarşılaşması matça maraq qatan məqamlardan idi. İlk iki turda xala həsrət qalan “şirlər”in Mahmud Qurbanovun komandasına qarşı oyunu, sona qədər mübarizə aparması yaxşı mənada çoxlarını təəccübləndirdi. Və bunun qarşılığında bölgə təmsilçisi mövsümdə ilk xalını qazandı. Mahmud bəyin gəlişindən sonra heyəti yetərincə dəyişən “dənizçilər”in potensialı daha artığına imkan versə də, hələ ki paytaxt təmsilçisi gözləntiləri doğrultmur.

Və turun son qarşılaşması. “Zirə”nin ev oyunlarını keçirdiyi arenada təmir işləri getdiyindən “qartallar” “Sumqayıt”ı da “Dalğa Arena”da qonaq edirdi. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Rəşad Sadıqovun komandası çox çalışsa da, böyük qüvvə ilə müdafiə olunan “kimyaçılar”ın qapısına yol tapa bilmədi. Aleksey Baqa mövsümdə ilk xalını qzandığına görə qapıçı Aydın Bayramova və Vurğun Hüseynova minnətdar olmalıdı. Məhz adını çəkdiyimiz futbolçular dəfələrlə qonaqları real qoldan xilas etdi.

Misli premyer-liqası
1-ci dövrə, 3-cü tur
19 avqust
Şamaxı – Səbail 1:1

20 avqust
Sabah – Neftçi 2:1

21 avqust
Kəpəz – Qəbələ 0:3
Zirə - Sumqayıt 0:0

1. Qəbələ 3 3 0 0 8-1 9
2. Sabah 3 3 0 0 8-2 9
3. Qarabağ 2 2 0 0 5-1 6
4. Neftçi 3 2 0 1 7-4 6
5. Zirə 3 1 1 1 3-4 4
6. Turan Tovuz 2 1 0 1 1-2 3
7. Səbail 3 0 1 2 2-5 1
8. Şamaxı 3 0 1 2 2-5 1
9. Sumqayıt 3 0 1 2 0-5 1
10. Kəpəz 3 0 0 3 3-10 0

Bombardirlər: Coy-Lens Mikels (Sabah), Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ"), Sərtan Taşkın (Zirə), Amil Yunanov (Şamaxı), Rövlan Muradov (Qəbələ) – 2.

Növbəti turun oyunları: 26 avqust – Neftçi – Zirə, Sumqayıt – Turan Tovuz; 27 avqust – Qarabağ – Şamaxı, Səbail – Kəpəz; 28 avqust - Qəbələ - Sabah.

RƏŞAD

Paylaş:
Digər xəbərlər
Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə