“Yuventus”da ciddi itki

9.08.2022 15:40 369
Dünya futbolu
“Yuventus”un əsas qapıçısı Voytsex Şçensnı sıradan çıxıb.

Football-plus.az
xəbər verir ki, 32 yaşlı futbolçunun bud əzələsi zədələnib. O, bu səbəbdən təxminən 3 həftə yaşıl meydana çıxa bilməyəcək.

Polşalı qolkiper A seriyasının yeni mövsümünün ilk turlarında komandasına kömək edə bilməyəcək.