Yayda transferlər ən çox pul xərcləyən klubların siyahısı açıqlandı

29.07.2022 19:59 484
Dünya futbolu
ESPN nəşri bu yay transferlərə ən çox pul xərcləyən klubların siyahısını hazırlayıb.

"Football-plus.az" xəbər verir ki, birinci pillədə "Barselona"dır. Kataloniya təmsilçisi transferlər üçün 164,11 milyon avro sərf edib. "Bavariya" 2-ci (147,5 milyon avro), "Arsenal" isə 3-cüdür (141,5 milyon avro).

"Mançester Siti" transferləri üçün 116,5 milyon avro xərcləyib.

Sonrakı yerləri müvafiq olaraq "Çelsi", Dortmund "Borussiya"sı, "Liverpul", "Real", PSJ, "Mançester Yunayted" tutur.