AFFA-nın baş katibi və PFL prezidenti hakimlərlə görüşdü

1.08.2022 15:43 547
Premyer-liqa
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov premyer-liqa və birinci divizion oyunlarını idarə edəcək hakimlərlə görüşüb.

Football-plus.az
xəbər verir ki, Hakimlər Komitəsinin sədri Barış Şimşek və komitə üzvlərinin iştirak etdiyi görüş zamanı AFFA və PFL rəsmiləri hakimlərə yeni mövsümün startı ərəfəsində uğurlar arzulayıb, müvafiq tövsiyələrini veriblər.