“Qarabağ” avrokubok oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək? – RƏSMİ AÇIQLAMA

11.08.2022 18:20 540
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının pley-offunda "Viktoriya"nı Bakı Olimpiya Satadionunda qəbul edəcəyi haqda iddialar səslənir.

Football-plus.az saytı olaraq bunun nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqələşdirmək üçün klubun mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq:

"Əvvəlki görüşlər kimi, "Viktoriya" ilə pley-off matçını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyik. Qrupa vəsiqəni təmin etdikdən sonra, ehtiyac yaransa, oyunlarımızı BOS-da da keçirə bilərik".

ABDULLA İSMAYILOĞLU