Romelu Lukakunun “Çelsi”ni tərk etmək ehtimalı qalır.
"Football-plus.az" xəbər verir ki, son mövsüm komandanın əsas heyətində möhkəmlənə bilməyən belçikalı hücumçu keçmiş komandasına qayıda bilər. 29 yaşlı futbolçu yenidən “İnter”in formasını geyməyi arzulayır. Onun hüquqşünası bu gün İtaliya klubu ilə danışıq aparmaq üçün Milana gələcək.
Amma transferi reallaşdırmaq milanlılar üçün elə də asan olmayacaq. İlk növbədə ona görə ki, “Çelsi” rəhbərliyinin bir il əvvəl keçidi üçün 115 milyon avro ödədiyi Romelunu “İnter”ə icarəyə verməyə razılaşacağı o qədər də inandırıcı görünmür.