"Qarabağ"a eşq olsun!" - "Zirə"nin Müşahidə Şurasının sədri

24.08.2022 12:11 466
Çempionlar Liqası
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov şəxsi tviter hesabında "Qarabağ" barədə paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, o, dünən keçirilən "Viktoriya" - "Qarabağ" matçından sonra bunları yazıb:

"Son nəfəsinə gədər və bütün gücünü meydanda qoyaraq mübarizə aparan "Qarabağ"a eşq olsun! Bizlərə yenidən Avropa Liqası həyəcanını yaşadacağına görə bu böyük kluba – "Qarabağ"a təşəkkür edirik! Böyük Hocaya və əsl vətənsevər igidlərə eşq olsun!"



Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab matçında Çexiya "Viktoriya"sına 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Komandamız Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirəcək.