Prezidentin köməkçisindən "Qarabağ" paylaşımı

24.08.2022 10:33 509
Çempionlar Liqası
Dünən "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı.

"Football-plus.az" xəbər verir ki, komandamız pley-off mərhələsinin cavab matçında Çexiya "Viktoriya"sına 1:2 hesabı ilə məğlub oldu. Bununla da "Köhlən atlar" mübarizəni Avropa Liqasında davam etdirəcək.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında "Qarabağ"la bağlı paylaşım edib:

“Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”.



Prezidentin köməkçisindən "Qarabağ" paylaşımı