"Fənərbaxça"dan ayrılan futbolçu İsveçrə klubunda

24.08.2022 17:21 290
Dünya futbolu
"Fənərbaxça"nın yollarını ayırdığı Maks Mayerin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını İsveçrədə davam etdirəcək. Almaniyalı futbolçu "Lütsern"ə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mayer Superliqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.