"Zirə"dən ayrılan futbolçu Rumıniya klubunda

2.07.2022 15:01 360
Dünya futbolu
"Zirə"dən ayrılan Brayan Alseus karyerasını Rumıniyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı yarımmüdafiçi ölkənin yüksək liqa təmsilçisi "Arces"lə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, B.Alseus bu ilin əvvəlindən "Zirə"də oynayırdı. O, mayın sonu klubdan ayrılmışdı.