Özil rəsmən "Fənərbaxça"dan ayrıldı

13.07.2022 19:18 372
Dünya futbolu
Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq rəsmiləşib.

"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi İstanbul təmsilçisi Mesut Özillə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mesut Özil "Fənərbaxça"ya 2021-ci ilin yanvarında transfer olub. Təcrübəli futbolçu Super Liqa klubunun heyətində meydana çıxdığı 37 matçda ,10 qol və 3 qol ötürməsi ilə yadda qalıb.