Şahmatçımız məğlub oldu

23.08.2022 10:13 345
İdman
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq festivalda növbəti görüşünü keçirib.

Football-plus.az xəbər verir ki, 19 yaşlı qrossmeyster altıncı turda Saleh Salem (BƏƏ) ilə üz-üzə gəlib. Matç qara fiqurlarla oynayan rəqibin qələbəsi ilə yekunlaşıb.

Məğlubiyyət Muradlını yarış cədvəlində 23 pillə geri salıb. 3,5 xalı olan son Azərbaycan çempionu hazırda 38-cidir. Lider 5 xal hasil edən Arcun Eriqaysidir (Hindistan).

Muradlının növbəti turdakı rəqibi Hüseyn Aziz (Qətər) olacaq.

Qeyd edək ki, 76 şahmatçının iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olacaq.