Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində beş azərbaycanlı şahmatçının iştirakı ilə beynəlxalq turnir davam edir.
Football-plus.az xəbər verir ki, dörd turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticəni 2,5 xalla Məhəmməd Muradlı göstərib. O, son turda almaniyalı qrossmeyster Liviu-Diter Nisipyanuya uduzub.
Son Azərbaycan çempionatının qalibi olan 19 yaşlı şahmatçı hazırda 148 iştirakçı arasında 36-cıdı.