Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb.
12 turdan sonra 6 xala malik Rəcəbov 4-cü sıradadır. Turnir cədvəlinə 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.