"Şah" məğlub oldu

9.05.2022 23:34 468
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirib.

"Football-plus.az" saytının məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana (Fransa) ilə üz-üzə gəlib. Qarşılaşma 66-cı gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, növbəti üç qarşılaşmada isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib. O, hazırda 0,5 xalla Alireza Firuzca (Fransa) ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.