“Torpedo”da məşqçi dəyişikliyi zərurətə çevrilib. Aleksandr Borodyuk komandanı tərk edib.
Rəhbərlik baş məşqçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Buna komandanın uğursuz çıxışı rəvac verib. “Torpedo” Rusiya çempionatında keçirdiyi 5 oyunda yalnız 1 xal qazanmaqla hazırda turnir cədvəlində sonuncudan əvvəlki – 15-ci yerdədi. Qeyd edək ki, Borodyuk komandanı daha əvvəl 2013-14-cü illərdə də çalışdırmışdı. “Torpedo” onun rəhbərliyi altında 2014-cü və bu il premyer-liqaya vəsiqə qazanmışdı.
Moskva klubuna Aleksandr Kerjakovun təyinat alacağı gözlənilirdi. Yerli mənbələr rəhbərliyin onunla razılığa gəldiyini xəbər versə də, vakant posta Nikolay Saviçev yiyələnib.
Əlavə edək ki, paytaxt klubunun idarə heyətində də dəyişiklik olub. Denis Maslov 2020-ci iin iyunundan tutduğu prezident, Maksim Lyapin isə idman direktoru vəzifəsini tərk edib. Prezidentin səlahiyyətləri müvəqqəti İlya Gerkusa həvalə olunub.