ÇSKA-da gözlənilən dəyişiklik rəsmiləşib.
Aleksey Berezutski baş məşqçi vəzifəsini tərk edib. Paytaxt komandası Rusiya çempionatında son mövsümü 5-ci yerdə başa vurmuşdu.
Berezutskinin yerinə Vladimir Fedotov təyinat alıb. Xatırladaq ki, “Soçi” onun rəhbərliyi altında premyer-liqada ilk dəfə 2-ci yeri tutmuşdu. Fedotovun Moskva klubu ilə uzunmüddətli müqavilə bağladığı xəbər verilir.