İngiltərə Futbol Assosiasiyası "Çelsi" və "Tottenhem"in baş məşqçilərinin cəzalarını açıqlayıb.
Football-plus.az xəbər verir ki, Tomas Tuxel və Antonio Konte premyer-liqanın 2-ci turunun oyununda (2:2) mübahisə edib. Oyun başa çatdıqdan sonra əl sıxma zamanı əlbəyaxa dava düşdükdən sonra meydandan qovulublar. Onlar nalayiq davranışda ittiham olunurlar.
“Çelsi”yə başçılıq edən Tomas Tuxel 35 min funt-sterlinq cərimələnib və bir oyunluq cəzalandırılıb. "Tottenhem"in çalışdırıcısı Antonio Konte isə 15 min funt-sterlinq ödəməli olacaq.