Azərbaycanlı şahmatçı Bill turnirinin qalibi oldu

22.07.2022 19:03 456
İdman
İsveçrənin Bill şəhərində təşkil olunan beynəlxalq şahmat festivalına yekun vurulub.

Football-plus.az xəbər verir ki, son turda yarışın iki lideri həmyerlimiz Məhəmməd Muradlı və FİDE təmsilçisi Kiril Alekseyenko qarşılaşıb. Partiya heç-heçə ilə başa çatıb. Əlavə göstəricilərə əsasən Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Bill turnirinin qalibi adını qazanıb. Kiril Alekseyenko ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, ümumilikdə festivalda 114 şahmatçı iştirak edib.