“Serkl Brügge”nin qapıçısı Migel van Damm vəfat edib.
Belçikalı qolkiper 28 yaşında, leykoz xəstəliyindən dünyasını dəyişib.
“Serkl Brügge”nin yetirməsi olan mərhum futbolçuda ilk dəfə 2016-cı ildə leykoz xəstəliyi aşkarlanmışdı. 2020-ci ildə onda üçüncü dəfə eyni xəstəlik görünmüşdü. Van Dammın ikiillik müalicəsi nəticə verməyib və martın 29-da vəfat edib.