Domeniko Berardi klubdan aldığı yeni təklifi qəbul edib.
"Football-plus.az" xəbər verir ki, o, “Sassuolo” ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər artırıb. Bu klubun yetirməsi olan 28 yaşlı futbolçu peşəkar karyerasını yalnız qara-yaşıl formada keçirib. Domenikonun A seriyasının son mövsümündə 14 məhsuldar ötürmə ilə ən yaxşı assistent olduğunu xatırladaq.