“Viktoriya” Bakıda seçimini etdi

16.08.2022 13:08 495
Manşet / Çempionlar Liqası
Sabah Çempionlar Liqasının pley-offunda “Qarabağ” “Viktoriya” ilə üz-üzə gələcək.

Football-plus.az
xəbər verir ki, Çexiya təmsilçisi bu gün səhər saatlarında Bakıya yola düşüb. Pilzen klubu “Hilton” otelində məskunlaşacaq.

Qeyd edək ki, "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı saat 19.45-də, komandanın Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nьmayəndələri üçün açıq olan məşqi isə 20.30-da başlayacaq.

İLKİN SULTANLI