Qara Qarayevdən azarkeşlərə - "Biz birlikdə "Qarabağ"ıq!"

17.08.2022 09:37 443
Çempionlar Liqası
"Qarabağ"ın futbolçusu Qara Qarayev instaqram hesabında paylaşım edib.

"Footbal-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə ilk oyununda azarkeşlərdən dəstək gözlədiyini qeyd edib:

"Növbəti tarixi oyunumuz var. Evda daim 12 nəfərlə çıxış edirik. Azarkeşlərdən daha çox dəstək gözləyirik. Biz birlikdə "Qarabağ"ıq!"

Bu gün keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab oyunu avqustun 23-də Çexiyada olacaq.