“Zirə” Təmkinlə İlkini niyə transferə çıxarıb? - RƏSMİ AÇIQLAMA

16.08.2022 15:13 623
Premyer-liqa / Manşet
Dünən "Zirə"nin “feysbuk” səhifəsində əsas heyət üzvləri Təmkin Xəlilzadə ilə İlkin Muradovun transferə çıxarılması haqda xəbər yayıldı.

Adı çəkilən futbolçular başqa kluba keçənə qədər bir müddət əvəzedicilərdən ibarət komandada məşq edəcək.

"Football-plus.az" saytı olaraq gündəmə bomba kimi düşən xəbərlə bağlı klubdan reaksiya öyrəndik. Mətbuat katibi Elmar Abdullazadə bunları söylədi:

"Rəsmi səhifədə nə paylaşılıbsa, doğrudu. Hər iki futbolçu baş məşqçi Rəşad Sadıqovun qərarı ilə transferə çıxarılıb".


ABDULLA İSMAYILOĞLU