“Barselona” onu transferə çıxardı

11.07.2022 18:09 405
Dünya futbolu
Miralem Pyaniç yeni mövsümdə “Barselona”da çıxış etməyəcək.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu onu transferə çıxarıb. “As” qəzetinin xəbərində Bosniya və Hersoqoovina yığmasının yarımmüdafiəçisinin növbəti mövsümə hazırlıq prosesinə cəlb olunmadığı bildirilir. Pyaniçə özünə yeni iş yeri axtarmaq məsləhət görülüb.

O, ötən mövsümü icarə əsasında “Beşiktaş”da keçirib. Miralemin “Barselona” ilə müqaviləsinin müddəti 2024-cü iin yayına qədər nəzərdə tutulub.